Sürücülərin nəzərinə! mərkəzi yollardan biri bağlandı

Sürücülərin nəzərinə! mərkəzi yollardan biri bağlandı

Bu gün Bakı şəhərində daha bir avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda kommunikasiya xətləri dəyişdirilir və asflat-beton örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir. Sürücülər alternativ olaraq Bülbül prospektindən istifadə edə bilərlər.

Qeyd edək ki, təmir işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır və təmir işlərinin bir həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə