Əli Həsənov: “Jurnalistlərimiz vahid hədəfə doğru hərəkət etməlidir” Açıqlama
"Bu günlərdə Azərbaycan xalqı hüzn yaşayır. Sabah Ümumilli Liderimizin vəfatının ildönümüdür. Heydər Əliyev sayəsində Azərbaycanla Türkiyə arasında sıx əlaqələrin başlanğıcı qoyulmuşdur. Hər iki millətin sevinci bir-birinin sevinci, kədəri isə bir-birinin kədəri olmuşdur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının İctimai- siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Türkiyə və Azərbaycan Mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" adlı layihənin təqdimatı zamanı deyib. O, Azərbaycanla Türkiyə arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətlərinin olduğunu, artıq azərbaycanlı işadamlarının Türkiyə üçün yatırım etdiklərini vurğulayıb: "Dövlətlərimiz bir yerdədirsə, diasporalarımız eyni hədəf uğrunda çalışırsa, diplomatlarımız mütəmadi olaraq qarşılıqlı hərəkət edirsə və məsləhətləşmə edirlərsə bu, xüsusi qeyd olunmalıdır. Ölkə başçılarımız bütün məsələlərdə hər iki ölkənin mənafeyi uğrunda çıxış edib və birbirinə dəstək veriblər. Bu yaxınlarda 15 ölkənin qatılımı ilə keçirilən toplantıda Ermənistan prezidentinin çıxışına Azərbaycan prezidentinin verdiyi cavab, hər iki ölkə arasındakı münasibətlərin səviyyəsini göstərir. 90-cı illərdə Azərbaycan neft sayəsində addımlar attıb, 2000-ci illərdə inkişaf tempini artıraraq artıq öz kapitalını Türkiyəyə qoyub. Qardaş ölkədə günümüzdə çoxlu iş yerləri açılmaqdadır. Bu anlamda, hər iki ölkə arasında jurnalistlərimiz də bərabər çıxış edərək, Ulu öndərin siyasətini gerçəkləşdirərək vahid hədəfə doğru hərəkət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB