Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda - ümumi çəkisi 11 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, dekabrın 6-da Bakı-Astara yolunun Biləsuvar-Cəlilabad hissəsində həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu narkotik vasitə olan 10 kq tiryək və 1 kq heroinlə saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB