Bələdiyyə seçkilərinə namizəd Paşayeva Mehriban Əli qızının seçki platforması
ÖZÜ HAQQINDA MƏLUMAT
Paşayeva Mehriban Əli qızı 16 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 2 saylı orta məktəbdə alıb. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra 1985-ci ildən 1987-ci ilə qədər Azərbaycan SSR Ticarət Nazirlininin hesablama mərkəzində operator vəzifəsində çalışıb.
1987-ci ildən 1998-ci ilə qədər isə Mərkəzi univermağın AİS-də operator kimi çalışıb.
1998-ci ildən 2002-ci ilədək "Modus" layihə -istehsalat firmasında texnik vəzifəsində işləyib. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirərək, hüquqşünas ixtisasına yiyələnib.
2002-ci ildən 2005-ci ilədək Bakı şəhər Səbail rayon bələdiyyəsində hüquqşünas, 2005-ci ilin yanvar ayından 2009-cu ilədək Səbail bələdiyyəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
2009-cu ildən isə Səbail bələdiyyəsinin üzvüdür. Ailəlidir, 2 övladı, 1 nəvəsi var.
SEÇİCİLƏRƏ MÜRACİƏT
Dəyərli seçicilər! Qarşıdan ölkəmizdə dördünca dəfə keçiriləcək bələdiyyə seçkilərin gəlir. Bu seçkilərin əvvəlki seçkilərdən əsas fərqi odur ki, budəfəki seçkilər artıq bələdiyyələrin təkmilləşməsi ilə birgə baş tutmaqdadır. Odur ki, biz bu seçkilərə daha böyük inamla gedirik.
Mən də bu seçkilərdə öz namizədliyimi vermişəm. Belə ki, bu gün Azərbaycanın sürətli, hərtərəfli və davamlı inkişafı ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas hədəflərdəndir. Bu istiqamətdə hər bir bölgəmizdə, o cümlədən Səbail rayonunda ardıcıl işlər görülmüşdür. Bu işlərin daha da artırılması üçün bələdiyyələrin özünəməxsus yeri var və bu amil ötən seçkilərdə özünü qabarıq şəkildə təsdiq edib. Görülən işlərlə yanaşı, qeyd etdiyim bir sıra məsələləri seçki platformamın əsas maddələri kimi hörmətli seçicilərimizə təqdim edəcəyəm.
Hörmətli seçicilər! Bələdiyyəmizin inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram. Etimadınız sayəsində mən qarşımıza qoyulan vəzifələrin reallaşması üçün yorulmadan çalışmağa tam hazıram və bələdiyyəmizin, bələdiyyəmizə ail olan ən kiçik ərazinin belə inkişafı naminə vicdanla seçicilərimə xidmət göstərəcəyimə söz verirəm.
SEÇKİ PLATFORMASI
1.SEÇİCİLƏRLƏ MÜTƏMADİ GÖRÜŞLƏR
Seçki platformamım əsas məqsədlərindən biri və birincisi seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verməkdən ibarətdir. Yəni qanunvericiliyə uyğun olaraq, mövcud proqramların, investisiya layihələrinin, sosial məsələlərin yerli özünüidaəetmə orqanında həyata keçirilməsi və bu istiqamətdə prioitetliyin əsas götürülməsi platformamın tərkib hissəsidir.
Digər tərəfdən, seçicilərlə davamlı görüşlərin keçirilməsi aparıcı məqsədlərimdən biridir. Çünki bələdiyyə ərazisində problemləri yerində araşdırıb, onları tez bir zamanda həll etməkdən ötrü məhz onlarla görüşmək, onları dinləmək vacib amillərdəndir.
2.ÖÜZÜNÜİDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində fəaliyyətin göstərilməsi də platformamn tərkib hissələrindən biridir. Bu baxımdan, İcra hakimiyyəti ilə iş və sahibkarlarla, ağsaqqallarla, ziyalılarla mütəmadi görüşlərin keçirilməsini əsas mahiyyət kimi reallaşdırmağı planlaşdırıram. Bələdiyyə ərazisinin sosial-iqtisadi problemlərinin həllində yerli özünüidarəetmə orqanlarının rolunu artırmaq, bələdiyyənin maliyyə təminatını və maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə müvafiq işlər aparmaq seçki plaformama daxildir.
3.SOSİAL-İQTİSADİ İNKİŞAFDA YAXINDAN İŞTİRAK
Səbail rayonunun Bakı şəhərinin mərkəzi rayonu olduğunu nəzərə alaraq, bələdiyyə ərazisində ölkəmizdə mövcud olan sosial-iqtisadi inkişafda iştirak etmək digər əsas prioritet istiqamətlərimizdəndir. Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait olduğu üçün bələdiyyə ərazisində planlı işlər aparmağı düşünürəm.
4.MƏHƏLLƏ VƏ QƏSƏBƏLƏRDƏ İŞ
Mövcud vəziyyəti daha çox diqqət tələb edən məhəllə və qəsəbələrin inkişafı üzrə tədbirlərin davamlı reallaşdırılması məqsədi ilə müvafiq orqanlar qarşısında məsələ qaldırılması, əhalinin bu istiqamətdə fikirlərinin öyrənilməsi də seçki platformamın əsas hissələrindəndir.
5.İNFRASTRUKTUR
Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də qəsəbə və məhəllələrdə yeni asfalt yollarının salınması, uşaqlar üçün əyləncə meydançalarının tikintisi, yaxud da təmiri, ailəvi istirahər parkalarının salınması, gənc və yeniyetmələr üçün idman qurğularının təminatı, bələdiyyə ərazisində fəaliyyət göstərən tibb ocaqlarının poçt binasının, təhsil müəssisələrinin təmiri və s. kimi işlərin reallaşdırlmasında infrastrukturun daha da təkmilləşdirilməsi üçün davamlı işlər aparmaq.
Əziz seçicilər, hamı bələdiyyə seçkilərinə! Fəal olaq və birgə daha güclü inkişaf edək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB