YAP Qaradağ rayon təşkilatı qadın namizədlərlə görüş keçirdi

YAP Qaradağ rayon təşkilatı qadın namizədlərlə görüş keçirdi

Yeni Azərbaycan Partiyası(YAP) Qaradağ rayon təşkilatında Qadınlar Şurasının bələdiyyə seçkilərinə namizəd qadınlarla görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, partiya fəalları və Qadınlar Şurasının üzvləri iştirak ediblər.

Qadınlarımızın cəmiyyətdə oynadığı roldan danışan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, istər seçkili orqanlarda, istərsə də digər qurumlarda qadınlarımız öz işlərinin öhdəsindən layiqincə gəlirlər, ölkəmizdə və dünyada milli maraqlarımızı ən yüksək səviyyədə təbliğ edirlər: "Eləcə də keçiriləcək bələdiyyə seçkilərinə qadın namizədlərimiz böyük səylə qatılıblar".

Tədbirdə YAP Sabunçu rayon təşkilatın qadınlar şurasının sədri Ramidə İbrahimova çıxış edərək, bu gün iş həyatında uğurla irəliləmək üçün dövlətin qadınlarımıza yaratdığı şəraitdən söhbət açıb: "Qadınlarımız dövlət orqanlarında, mühüm postlarda təmsil olunurlar, seçkilərdə fəal iştirak edirlər və uğurlar qazanırlar. Təbii ki, biz bütün bunlara görə, dövlət başçımız cənab İlham Əliyevə minnətdarıq".

Daha sonra Puta bələdiyyəsinə namizəd Lalə Quliyeva, Sahil bələdiyyəsinə namizəd Elmira Əliyeva, Lökbatan bələdiyyəsinə namizəd Şölə Hacıyeva, Müşviqabad bələdiyyəsinə namizəd İlahə Murquzova, Ələt bələdiyyəsinə namizəd Vəfa Əsədova, 184 saylı məktəbin direktoru Mehriban Ələkbərova çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə