Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, mərkəzdən bildirilib ki, yeni vəsiqələr təhlükəsizlik baxımından köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş tapşırıqlar yeni nəsil şəxsiyyət vəsiqələrinin köməyi ilə təkcə portal üzərindən "vahid pəncərə" prinsipinin reallaşdırılmasını deyil, eyni zamanda elektron xidmətlərin keyfiyyətinin yüksəlməsini, xidmətlərə çəkilən dövlət xərclərinin azalmasını, yeni elektron xidmət növlərinin yaranmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, nağdsız hesablaşmaların artmasını, elektron ticarətin inkişafına kömək etməklə yanaşı, bütünlükdə ölkəmizdə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsini təmin edəcək.
Çipi olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB