Vətəndaşların nəzərinə! qazınız kəsiləcək

Vətəndaşların nəzərinə! qazınız kəsiləcək

Dekabrın 10-da saat 10:00-dan 18:00-dək Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Balakən" və "Dəliməmmədli" Qazpaylama stansiyalarında, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Quba" və "Siyəzən" Qazpaylama stansiyalarında təmir işləri aparılacaq. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə