Piylənmə insanın bütün orqanlarının işinə təsir edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanadanın Makqil Universitetinin alimləri piylənmənin insan ömründən neçə il aldığını müəyyən ediblər.
Mütəxəssislər yeddi il ərzində dörd min insanın məlumatını təhlil edib, piylənmədən əziyyət çəkən və çəkməyən adamlarda ürək-damar sistemi və ikinci tip şəkərli diabet xəstəliklərinin ümumi riskini dəyərləndiriblər.
Alimlər müəyyən ediblər ki, insan artıq çəkilərini nə qədər cavan yığsa, bu kiloqramlar onun ömrünü bir o qədər çox qısaldar. İnsan zəif piylənmədə ömrünün 6 ilini, güclü piylənmədə isə təxminən 8 ilini itirir.
Mütəxəssislər insanın özünü yaxşı hiss etdiyi, xroniki xəstəliklərdən əziyyət çəkmədiyi "sağlam" illərini hesablayıblar. Məlum olub ki, piylənmədən əziyyət çəkməyən insanlarda bu göstərici 2-4 dəfə yüksəkdir. Kök adamlar artıq gənc yaşlarında özlərini narahat hiss etməyə başlayırlar.
Diyetologiya sahəsinin ekspertləri artıq çəkili insanlara idmanla məşğul olmağı məsləhət görürlər, çünki artıq kiloqramlar ürək xəstəlikləri, şəkərli diabet və dayaq–hərəkət aparatının patologiyası deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB