Lənkəranda Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 9-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım gününə həsr olunmuş "1969 –cu ildən başlanan böyük tarix" mövzusunda üç günlük mühazirə-sərginin keçirilməsinə start verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, İştirakçılar öncə Mərkəzin memorial muzeyini ziyarət edib, siyasi liderin büstü önünə çiçək dəstələri qoyublar. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva tədbiri açaraq mühazirə-sərginin böyüməkdə olan gənc nəslin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Vətən amalı-Azərbaycançılıq ideologiyasına sadiq ruhda tərbiyə olunmasında rolundan və əhəmiyyətindən danışıb.
Sonda Mərkəzin rəsm studiyasının gənc istedadlarının Ulu Öndərə ithaf etdikləri əl işlərindən ibarət sərginin təqdimatı keçirilib.
Tədbirdə Lənkəran şəhər icra hakimiyyəti ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin məsul işçiləri, təhsil müəssisələrində çalışan ziyalılar iştirak ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB