Sığorta şirkətlərindən biri qəzaya uğramış avtomobilə görə ödəniş edib. SİA-nın məlumatına görə, qəza avqustun 23-də, Xan Şuşinski küçəsi ilə Vaqif küçəsinin kəsişməsində baş verib. Kasko sığortalı "Changan" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobilə xeyli ziyan dəyib. Maşının ön şüşəsi, kapot, bamper və faraları yararsız vəziyyətə düşüb. Dəymiş ziyana görə, sığorta şirkəti avtomobilin sahibinə 10150 manat məbləğində kompensasiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB