Bakının Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, H. Əliyev prospektində tikilən Vergilər Departamentinin yeni inzibati binasının tikinti sahəsinə düşən diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 16:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB