Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının bələdiyyə seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir. Bu münasibətlə dünən rayonda namizədlər və partiya fəalları ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva iştirak ediblər.
Partiyanın Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbiri giriş nitqi ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır.
Natiq vurğulayıb ki, YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də hər bir seçkidə partiyamızın qələbəsi reallaşır: "İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən YAP Salyan rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbənin təməlini qoyublar".
Tədbirdə YAP Nizami rayon Qadınlar Şurasının sədri Sevda Abdullayeva çıxış edərək bildirib ki, bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verəcəyi töhfələrdir. Daha dəqiq desək, ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələr də inkişafa dəstək olduqlarını nümayiş etdiriblər.
Onun sözlərinə görə, partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş qadınlar aktiv ictimai fəaliyyətinə görə fərqlənir və onlar sakinlər arasında yüksək nüfuza malik insanlardır. Məhz seçkilərdə qadın namizədlərin sayının çoxluğu partiyanın qadınlara olan etimadıdır.
Görüşdə iştirak edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva çıxışında bildirib ki, YAP ölkədə alternativsiz siyasi qüvvədir. Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda, seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır.
YAP Salyan rayon təşkilatı Qadınlar Şurasının sədri Fatma Səmədzadə deyib ki, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Ona görə də əminliklə demək olar ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bizim hər birimiz inanırıq ki, bu faktların sayəsində YAP növbəti bələdiyyə seçkilərində qələbə çalaraq, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətinə yeni inkişaf tempi gətirəcəkdir.
YAP Salyan rayon təşkilatı İdarə Heyətinin üzvü Yaqut Ələsgərova bələdiyyə seçkilərində gənclərə göstərilən etimadın yüksək olduğunu bildirib. Onun sözlərinə görə, hər zaman gənclərə önəm verən YAP rəhbərliyi onların daim inkişaf etməsini, dövlətə və xalqa ləyaqətli xidmət etmələrini istəyir və bu istiqamətdə real addımlar atır. İnanırıq ki, partiyamızın gənc namizədləri gələcəkdə bu etimadı doğruldacaqlar.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər də çıxış edərək seçkilərdə qələbə qazanacaqlarına əminliklərini ifadə ediblər. Həmçinin çıxış edən seçicilər birmənalı olaraq bildiriblər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə və kəndlərdəki mövcud inkişafa səs vermiş olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB