Əliyevşünaslıq irsi: Siyasi reallıqdan elmi əsaslara doğru

Əliyevşünaslıq irsi: Siyasi reallıqdan elmi əsaslara doğru

Müasir Azərbaycan dövlətciliyi ifadəsi xatırlanarkən dövlətçiliyimizin tarixi sınaqları və bu sınaqlarda əfsanəvi bir şəxsiyyətin vətəninə, xalqına sevgisi çoxlarımızı düşündürür, fikirlər söyləməyə, əsərlər yazmağa sövq edir. Bu o, böyük şəxsiyyətdir ki, onun siyasi iradəsi hamımızı bir araya gətirdi, milli məsələlərdəki məsuliyyətin dərk olunmasını qarşımıza qoydu. Fikrimizcə, bu özü əbədiyaşarlığın mahiyyətini ifadə edən amildir.

Tarix və şəxsiyyət anlayışlarının dialektik elmi təhlili sübut edir ki, tarixi şərait tarixi şəxsiyyəti yetişdirir, tarixi şəxsiyyət isə özü tarix yaradır. Belə tarixi şəxsiyyətlərin fərdi xüsusiyyətlərində isə xalqın qudrəti, milli keyfiyyətləri müdriklik simvolları əks olunur. Heydər Əliyev fenomeninin Azərbaycancılıq məfkurəsi ilə milli özünüdərkin inkişafına, xalqın tarixi yaddaşının özünə qaytarılmasına, milli dövlətcilik hisslərinin güclənməsinə yönələn göstəriciləri onu müdriklik simvoluna cevirmiş oldu.

XX əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən proseslər- Sovet İmperiyasının dağılması, Qərbə inteqrasiya, demokratik siyasi sistemin formalaşmasına kecid, sosial sahələrdə transformasiya olunmanın qarşısına çıxan ciddi problemlər, habelə ziddiyyətli etnik məsələlər, bölgədəki gərgin geosiyasi durum xalqın düşüncəsində siyasətə dair ciddi sterotiplər yaratmışdı. Belə vəziyyət isə xalqın psixoloji aqoniyadan, ümidsizlik və bədbinlik komponentlərindən yaxa qurtarmaq ücün milli dövlətçiliyin inkişaf yolunu tapmaq zərurətini ortaya qoymuşdur. Bu gercəkliyi düzgün qiymətləndirən müdrik siyasi xadim Heydər Əliyev əldə etdiyi təcrübələr əsasında taktiki və strateji hədəfləri konkret məqsədlər əsasında müəyyən etmişdir. Bu həmin tarixi şərait idi ki, azərbaycan xalqı öz taleyinin qaranlıq bir dalana dirənməsini görərək nicat yolunun axtarışında tarixi seçim aparmaqla üz –üzə dayanmışdı. Həmin cətin anda xalqın öz secimini düzgün edə bilməsi böyük fəlakətlərin axarında qudrətli bir dövlət qurmaq ücün ona növbəti tarixi şans vermişdir desək səhv etmərik. Bu isə yalnız idarəcilik təcrübəsi, siyasi iradə və vətənpərvərlik ruhuna malik olan siyasi xadimin rəhbərliyi ilə mümkün ola bilərdi. Odur ki, ilk növbədə Azərbaycan cəmiyyətinin dövlətə inamı bərpa olunmalı, bunula da dağılmadan, parçalanmadan və mərkəzdənqaçma sterotiplərindən xilas etmə həyata keçirilməli idi. Cünki siyasi təcrübə göstərir ki, belə siyasi şəraitdə baş qaldırmış anarxiya dövlətçiliyi dağıtmağa qadir olan ən təhlükəli amildir. Bu zaman Azərbaycanda riskli addımların atılması gərgin siyasi vəziyyəti sabitlik, rifah və quruculuqla əvəz etməli idi. Superdövlətlərin geosiyasi mübarizə poliqonuna çevrilən bir ölkədə isə buna nail olmaq olduqca çətin idi və hər şeydən əvvəl qətiyyət və siyasi iradə tələb edirdi. Ancaq Ulu Öndər Heydər Əliyev ölkəni bu problemdən çox qısa zaman kəsiyində xilas edə bildi. O zaman Cənubi Qafqaz bölgəsində qarşıdurma meyllərini stimullaşdıran və Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizələrə himayədarlıq edən xarici qüvvələr arxayın idilər ki, Azərbaycan hələ uzun illər onların cızdıqları ssenarilərin siyasi faciələrini yaşamaqda davam edəcək. O dövr Azərbaycanda qısa bir vaxtda sabitliyin yaradılacağına inanmaq çox çətin idi. Təcrübəli dövlət xadimi qısa zaman kəsiyində sübut etdi ki, vətəndaş müharibələri, hakimiyyət uğrunda silahlı mübarizələr cəmiyyətdə həm də demokratik dəyərlərin təşəkkül tapmasını əngəlləyir. Ulu Öndər Heydər Əliyev əsaslı siyasi xətti bir necə mərhələdə, həm də ardıcıl aparmışdır. Ən əvvəl müdrik siyasi xadimə görə demokratiya ücün vacib olan şərtlər siyasi sabitlik və güclü dövlət hakimiyyətidir. Təsadüfü deyildir ki, 1993-cü ildən başlayan proseslər iki il ərzində Azərbaycanda demokratik islahatlar ücün zəmin yaratdı, bu prosesə maneə olacaq daxili və xarici qüvvələr tamamilə neytrallaşdırıldı. Bu mərhələnin özəlliyi ondadır ki, siyasi sabitlik olmadan cəmiyyətdə digər problemlərin həllinə dair hər hansı islahata nail olmağın mümükünsüzlüyü qərarı çıxarıldı. Bununla da xalqla lider arasında sıx bağlılıq və harmoniya yaradıldı. Çevik diplomatiya və əzmkarlıq sayəsində Azərbaycan siyasi fəlakətdən xilas edildi, xalqın mütəşəkkilliyinə nail olaraq böyük bir qüvvəni ümummilli inkişafa doğru yönəltdi. Bu addım həmin vaxt ücün Azərbaycanın gələcək inkişafına yol açdı.

İkinci mərhələni isə dövlət quruculuğu və demokratik islahatların gercəkləşməsi prosesi kimi səciyyələndirmək mümkündür. Yəni tarixin gedişatını və ən başlıca prioritetlər vaxtında və düzgün təyin etmək strategiyası müəyyənləşdirildi. Ölkədə inzibati hakimiyyətin proseslərə tam nəzarəti, parlament və məhkəmə hakimiyyətinin qurulması ücün əsaslı islahatların həyata keçirilməsi Heydər Əliyev siyasi kursunun əsas xəttini təşkil edirdi. Bu dövrdə güclü dövlət hakimiyyətinin qurulması ilə demokratikləşmə prosesinin paralel şəkildə aparılması son dərəcə əhəmiyyətli idi. Bu heç də asan məsələ deyildi. Müdrik siyasi xadim hər iki proses arasında balansı təmin etməklə ortaya analoqu olmayan siyasi model qoymuşdur. Heydər Əliyev həm də sübut etdi ki, demokratiya ancaq güclü hakimiyyətin iradəsi hesabına mövcud ola bilər. Odur ki, Qərb standartlarını tətbiq etdi və həmin standartların milli mentalitetlə vəhdətini yaratdı. Döğrudan da müasir siyasi nəzəriyyələrdə bu prinsip prioritet kimi qəbul edilir və sivil ölkələrədə demokratiyanı güclü hakimiyyət və milli mentalitetdən kənarda təsəvvür etmək mümkün deyildir. Odur ki, ölkədə formalaşmış güclü dövlət hakimiyyəti Azərbaycan cəmiyyətini demokratikləşmə prosesindən yayındıra biləcək tendensiyalardan qorumaq baxımından əhəmiyyətli idi. Həmin dövrdə Azərbaycanın iqtisadi inkişafı üçün xarici investisiyalara və iş adamlarına real təminatlar verilməli idi. Hətta əcnəbi iş adamları və xarici kapitalı Azərbaycana cəlb edən təbii faktorlar nə qədər əlverişli olsa belə, onlar siyasi təminatlar olmadan riskli addımlar atmaqda tərəddüd etmişlər. Lakin Heydər Əliyevin siyasi iradəsi xarici kapitalı Azərbaycanın geosiyasi təhlükəsizliyi üçün başlıca qaranta çevirə bilmişdir.

Ücünçü mərhələ isə Heydər Əliyevin baxışlar sisteminin dövlətciliyin formalaşması prosesində tam inikası mərhələsidir. Yeni mərhələ özünün kompleks xarakteri ilə secildi. Azərbaycanda yaşayan hər bir xalqın milli mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi kimi siyasi məsələni deyərdim ki, çox dəqiq və zamanında həll edildi. Onlara yaxşı şərait yaratmaqla yanaşı bütöv xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Bu isə ölkədə sabitlik yaratmağın çox mühüm amili oldu.Həmin tarixi şəraitdə ümummilli lider milli ideologiyamıza olan zərurəti və onun əhəmiyyətini öz tarixi nitqi ilə belə ifadə edirdi: "Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli-əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr və hüquqlar, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar mənim fikrimcə müstəqil Azərbaycanın milli idelogiyasının əsasını təşkil edən prinsiplərdir". Bəli, bu bir tarixdir ki, Ulu Öndər Heydər Əliyev bu prinsipləri cəmiyyətimizə tətbiq etməklə xalqın birliyinə nail oldu. Xalqımızın min illər boyu əldə etdiyi adət-ənənələri yenidən özünə qaytarıldı. Dahi siyasi xadim deyirdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi və dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız, yüz və min illərlə adət-ənələrimizi yaradıblar və bunlar indi bizim mənəviyyvatımızı təşkil edən amillərdir" devizi ilə çəmiyyətdə etnosiyasi proseslərin tənzimlənməsi və düzgün idarə olunmasını təmin etdi, bu amilə əsaslanaraq Azərbaycanın inkişaf strategiyasının gələcək siyasi konsepsiyasını müəyyənləşdirdi. Həyata keçirilmiş bu uğurlu siyasətin davamı kimi ümummilli lider öz qarşısına qoyduğu problem- Azərbaycanın beynəlxalq aləmdə diplomatik siyasi çəkisinin müəyyənləşməsi, onun maraq və mənafelərinin, geosiyasi vəziyyətinin dünyadakı siyasi proseslərlə uzlaşdırılması və təmin edilməsi olmuşdur. Bunu stabil inkişaf mərhələsi də adlandırmaq olar. Ölkədə demokratikləşmə mərhələsi normal məcrada davam edərək siyasi sistem elementləri arasındakı ziddiyyətlər aradan qalxdı, iqtisadi inkişaf təmin olundu, ölkənin beynəlxalq imici ilə bağlı ciddi pozitiv irəliləyişlər ortaya çıxdı. Bir sözlə, bu ardıcıllıq Azərbaycanı müasir demokratik , sivil imicə malik Qərb siyasi modelinə əsaslanan bir ölkəyə cevirdi. Hesab edirik ki,həmin strategiya ümummilli liderin siyasi fəaliyyətinin bu mərhələdəki ən böyük tarixi uğuru oldu. 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması bütün dünyaya təsdiq etdirdi ki, Azərbaycan öz sərvətlərinin sahibidir və onunla əməkdaşlıq üçün indi zəruri şərait vardır. Digər tərəfdən, həmin müqavilə ilə Azərbaycanda siyasi sabitliyin yarandığına bütün dünyanı inandırmaq kimi müşkül məsələ dahi siyasi xadimin uzaqgörənliyi nəticəsində mümkün oldu. Bununla da iqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin möhkəm və güclü iqtisadi modelinin təməli yaradıldı. Bu proses heç də asan olmasa da onun sonra doğuracağı problemləri də ümummilli lider əvvəldən görürdü və qarşıya çıxacaq bütün maneələrə hazır olan bir diplomatik cəbhə yaratmışdı. Mən bir tədqiqatçı olaraq deməliyəm ki, Xəzərin statusu problemində hadisələrin gedişatını izləyərkən belə qənaətə gəlmək olur ki, Xəzərin statusu məsələsi hamımıza məlumdur ki, yeni problem idi və bu məsələnin detallarını sahilyanı ölkələr ilk vaxtlar araşdıra bilməmiş kortəbii, həm də anlaşılmaz mövqe nümayiş etdirmişlər. Digər tərəfdən hərə öz milli maraqlarının qorunmasını özləri düşündükləri tərzdə qorumaq üçün demək olar ki, müxtəlif vasitələrə əl atmışlar. Lakin Azərbaycan Respublikasının bu günədək apardığı və ifadə etdiyi konsepsiya dəqiq və tutarlı sübutlara əsaslanan hüquqi normaları əks etdirən, habelə region ölkələrin mənafelərinə toxunmayan, hətta sülh və inkişafın gələcəyini müəyyənləşdirən strategiya olaraq bütün ölkələrə örnək oldu. Bu siyasi iradə neft strategiyasının sonrakı mərhələlərdə uğurlu nəticələrin həyata keçirilməsini təmin etdi. Azərbaycan Cənubi Qafqaz regionunda həyata keçirilən enerji və digər layihələrin reallaşdırılmasında bu gün də ölkəmizin iqtisadi siyasi inkişafının əsas amili olaraq qalır və bu mövzü Azərbaycanın siyasi həyatının yüz illərlə aktual mövzusu olaraq qalacaqdır. Çünki biz əminliklə deyə bələrik ki, düşünülmüş neft strategiyası Azərbaycanın çətin siyasi durumunda bütün istiqamətlərdən asılılığını heçə endirdi. Bu isə müstəqilliyimizin möhkəmlənməsi üçün tarixi siyasi şərait yaratdı. Elm, təhsil, iqtisadı inkişaf, mədəni inteqrasiya, ordu quruculuğu, xarici siyasət, informasiya texnologiyasının tətbiqi, müdafiə potensialının güclənməsi, habelə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda dünya miqyasında aparılan işlər hər biri ayrı-ayrılıqda çox geniş tədqiqatların mövzusu kimi bu strategiyadan başlanğıc götürmüşdür. Təkcə onu qeyd edək ki, 1994-1996-cı illərdə ölkəmizə dəvət olunmuş yüzlərlə xarici diplomatların və rəsmi şəxslərə regiondakı vəziyyət və erməni işğalçılarının törətdikləri vəhşiliklərin əsl mahiyyəti dünya rəsmilərinə açılıb göstərilmiş, Azərbaycanın təhlükəsizliyinə və ərazi bötüvlüyünün dəstəklənməsinə nail olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsində ən böyük tarixi nailiyyətlərindən biri dünya azərbaycanlilarının həmrəyliyinə nail olmasıdır. Bu istiqamətdə hələ Naxçivan Ali Məclisinin sədri vəzifəsində işləyərkən fəaliyyətə başlamiş onun təşəbbüsü ilə hər il dekabrın 31-in "Dünya Azərbaycanlilarının Həmrəylik Günü" kimi qeyd olunması barədə qərar qəbul edilmiş və sonra bu qərar Azərbaycan Respublikası Ali Soveti tərəfindən də təsdiq olunmuşdur.

Xarici ölkələrə səfərləri zamanı isə həmişə vaxt taparaq bu ölkələrdə yaşayan soydaşlarımızla görüşmüş, onlarla çox mövzularda, xüsisilə də Azərbaycanın milli maraqlarına xidmət etmələri, Azərbaycanı dünyada fəal təbliğ etmələri, xaricdəki azərbaycanlıların milli-mənəvi birliyi istiqamətdə güclü iş aparılması barədə söhbətlər aparmışdır. Həmin proseslərin nəticəsində də azərbaycançılıq ideologiyasının dünya azərbaycanlıları tərəfindən milli ideologiya kimi qəbul edilməsi və vahid azərbaycan milləti ideyasının dərk olunması öz təsdiqini tapmışdır. Nəticədə 2001-ci ildə Azərbaycanda Dünya Azərbaycanlılarının I qurultayı keçirilmiş və bu möhtəşəm tədbir Dünya Azərbaycanlilarının vahid milli ideya – Azərbaycançılıq ətrafında sıx birləşməsində, milli maraqlar naminə həmrəy olmasında çox böyük əhəmiyyət daşımışdır.Ulu Öndər həmcinin 2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki tarixi nitqi, "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında, 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti" milli birliyin bu ideologiya ətrafında qırılmaz bağlılığını yaratmışdır.

Bütün bunlar sadalanmaqla həm də etiraf edilməlidir ki, Heydər Əliyevin şəxsi keyfiyyətlərinin prinsipiallıq, siyasi iradə komponentləri, daim öz üzərinə götürdüyü missiyanın uğurlarını zərurətə çevirən başlıca siyasi şərtlərdir ki, bu siyasi liderin xarizmasını əsaslandırır. Heydər Əliyevin ali dövlət idarəcilik təcrübəsi onun potensial imkanlarını cəmiyyətə təlqin edən istər rəqib ölkələrin, istərsə də geosiyasi maraqlar kontekstində digər dövlətləri Azərbaycanla hesablaşmağa məcbur edən ən vacib parametrlərdən birinə cevirmişdir. Bütün bunlar Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənmək uğrunda cərəyan edən proseslərdə avanard rol oynamasında təsdiqini tapmışdır.

Beləliklə də, Azərbaycan dövlətciliyinin uzun tarixi dövrə planlaşdırılmaş strategiyasının hazırlanması qısa zaman kəsiyində müdrik siyasi xadimin əvəzsiz xidmətləri ilə xalqımızın yaddaşına həkk olundu. Bu böyük şəxsiyyət xalqın cağırışına cavab verərək yenidən Azərbaycanın idarəçilik sükanı arxasına kecmiş, az bir vaxtda milli dövlətcilik doktirinasını irəli sürmüş və onun sürətli icrasına başlamışdır. Bu isə Azərbaycanın rifahı, onun gələcəyi naminə strateji maraqlarını ifadə edən konsepsiyanın formalaşmasını həyata kecirmişdir. Siyasətdə müdriklik, praqmatizm, dövlət idarəciliyində ustalıq Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir. Bu böyük siyasi xadim həm də Azərbaycan xalqının ən gözəl məziyyətlərini öz siyasi obrazında toplamağı bacarmış, dünyanın gərgin siyasi durumunda bu özünəməxsusluğu unukal əhəmiyyətli xüsusiyyət kimi bəşəri arenada təlqin etmişdir. Buna görə də onun adı ilə bağlı olan öndərlik və əbədiyaşarlıq missiyasi tarixin yaddaşına köcürülmüşdür.

Azərbaycançılıq ideologiyası diaspor quruculuğunda da milli maraqlarımızın tam palitrasını əhatə edir. Milli-mənəvi, əxlaqi, dünyəvi, humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyllərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi ahəngdar şəkildə ehtiva edir, Azərbaycançılıq məfkurəsinin belə sistemli xarakteri müxtəlif mühacir nəsilləri də birəşdirməyə, məskunlaşdıqları ölkələrə, yəni fərqli mühitlərə meyilli olan soydaşlarımızın ümumi amal ətrafında mütəşəkkilliyinə imkan verən əsas amillərdəndir. Ulu Öndər Azərbaycanın bəşəriyyətdə öz layiqli mövqeyinin təsdiqlənməsi ücün dünyadakı soydaşlarımızın gücünə həmişə arxalanmış və haqlı olaraq bu prosesdən cox şey gözləmişdir. Bu ideologiyanın diaspor üçün əhəmiyyəti onun həm də konseptual bütövlüyü, milli özünüdərkə imkan verən tamlığıdır. Digər ideoloji meyllərdən, məsələn, islamçılıqdan, avropaçılıqdan, türkçülükdən, avrasiyaçılıqdan fərqli olaraq, Azərbaycançılıq hər bir azərbaycanlının milli özünüdərkinə, milli müəyyənliyinə, özünü digər toplumlardan fərqləndirməsinə geniş imkan verir. Uzun muddət tarixi vətənindən ayrılmış, fərqli etnik-mədəni mühitlərə adaptasiya olunmuş soydaşlarımız üçün bu, həm ayrı-ayrı fərdlərin azərbaycanlı kimi milli özünüdərki, həm onların vahid milli zəmində təşkilatlanması, həm də Azərbaycan diasporunun islam, türk, Qafqaz, İran və digər yönümlü toplumlardan seçilərək Azərbaycan amalı uğrunda birləşməsi baxımından çox mühüm amildir. Bu konseptual ideyanı mütəşəkkil formaya salaraq xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafını, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatını, habelə paralel olaraq türk dünyası, xüsusilə Türkiyə Respublikası ilə münasibətlərin möhkəm bazası yaradıldı. Türksoyun yaranması, Kitabi Dədə Qorqud eposunun 1300 illiyinin kecirilməsi, M. Füzulinin 500 illiyinin kecirilməsi ilə türk dünyasının siyasi-mədəni mütəşəkkilliyinin əsasını qoydu. Gələcək uğurlarımızın böyük bir hissəsinin buna əsasən əldə olunaçağı düzgün olaraq qiymətləndirdi.

Ulu Öndər Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, "Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərləri sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın milli ruhda inkişaf olunması deməkdir". Bu ideologiya ilə yanaşı müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə də ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.

Akademik R. Mehdiyev də məsələyə münasibəti belə ifadə edir. "Azərbaycancılıq xalqımızın cox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyiə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək ücün vasitədir. Bu gün "azərbaycançılıq" milli həyatın konfessiyaların harmoniyasının coxəsirlik ənənəsi,ölkədə millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi,onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir" Ulu Öndərin Azərbaycançılığı uğurla dövlətçiliyə tətbiq edərək onu milli ideologiyadan dövlət ideologiyasına çevirməsi qənaətinə gələrək prof. N.Şəmsizadə yazır: "Azərbaycançılıq milli istiqlal ideologiyasıdır. Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən, onlara kimliyini tanıdan milli ideologiyasıdır. Azərbaycancılıq bu ölkədə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətənçilik ifadəsidir". Zamanla tarixi hadisələr səbəbindən azərbaycançılıq ideologiyasının təbliği bir vaxtlar Azərbaycandan kənarda zəif şəkildə aparılırdı. İlk olaraq azərbaycançılıq ideologiyası ətrafında diasporumuzun açıq- milli ictimai fəaliyyətinin başlanğıcı ötən əsrin 80-ci illərinin ortalarına təsadüf edir. Bu tarixdən etibarən Avropa, Amerika və Asiya ölkələrində müxtəlif milli mədəniyyət mərkəzləri, kültür və dostluq cəmiyyətləri, eləcə də müxtəlif Azərbaycan dilli nəşrlər təsis edilmiş, birgə fəaliyyət göstərmək təcrübəsi reallaşdırılmağa başlanmışdır. Həm özünü tanıtmaq, milli kökünə və varlığına bələd olub, buna sahib olmaq, Azərbaycan məfkurəsini mənimsəmək, həm də Azərbaycanı başqalarına tanıtmaq və onu xaricdə təbliğ etmək kimi məqsədlərə xidmət edən fəaliyyət və təşəbbüslər güclənirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı hərtərəfli inkişafa aparan strateji siyasi kursun alternativsizliyini əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini, dönməzliyini təmin edəcək qüdrətli varisi və lideri də yetişdirmişdir. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə bağlılığı bir daha təsdiqini tapır. Azərbaycan Prezidenti zaman etibarilə qısa, mahiyyətcə böyük dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü dövlətçilik ənənələrinə sadiqlikdir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən on bir ildə hər bir vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən çoxşaxəli siyasət həyata kecirmişdir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Cənab Prezident son seçkilərdə ümumilikdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini almış, onların alternativsiz namizədi olmuşdur. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər.

Bu gün də Ulu Öndər Heydər Əliyev haqqında haqlı olaraq coxlu fikirlər söylənilir və yazılır. Artıq Əliyevşünaslıq bir elm kimi tədqiqat mövzusu olaraq fundamental araşdırmanın aktual məsələləri sırasındadır. Buna səbəb Ulu Öndər Heydər Əliyevin çoxcəhətli siyasi dövlətcilik fəaliyyətinin Azərbaycan dövlətinin həyatında zaman keçdikcə xüsusi əhəmiyyət kəsb etməsidir. Zaman baxımından uzaqlaşdıqca Heydər Əliyev irsinə daha yaxından bələd olmaq zərurəti bizi düşündürür. Məsələnin bu cür qoyulmasının da elmi əsasları vardır. Bu siyasətinin elmi əsaslarının öyrənilməsi cox vacibdir. Lakin bu siyasətdən ibrət dərsi cıxarmaq və bu irsin həyatımıza tərbiqinin nə dərəcədə həyata keçirildiyi sualı aktuallaşmaqdadır.. Tədqiqatcılar yazır ki, keçən əsrin 90-cı illərinin əvvəllərində dünyada bir necə geosiyasi konsepsiya mövcud idi. Onların sırasında realpolitik, neokonservatizam, liberalizm tərəfdarları daha fəal idilər. Z. Bzejinski, S. Hantinqton, H. Kissincer,F. Fukuyama və başqa geosiyasi nəzəriyyə nümayəndələrinin ideyaları dünyada geniş yayılmışdır. Sözün həqiqi mənasında müstəqilliyini yeni əldə etmiş ölkələrin bu ideyalara müraciət etməsi düzgün inkişaf kursu secməsi ücün, eləcə də mürəkkəb və ziddiyyətli siyasi mühitdən cıxmaq ücün vacib idi. Kecmiş sovet respublikalarının bəziləri ifrat liberalizim, bir necəsi isə ifrat konservatizm xəttini secdilər. Dahi siyasi xadim Heydər Əliyev isə siyasətin elmi əsaslarını daha düşünülmüş model əsasında müəyyənləşdirdi. Müstəqilliyin ilk vaxtlarından milli dövlətciliyin sosial-mədəni təkamülün özəlliklərinə üyğun sintezini yaratdı. Bu xətt özünün sistemli ifadəsini azərbaycancılıq ideologiyasında və üzun tarixi dövrə planlaşdırılmış strateji hədəflərin müəyyən

olunmasında tapdı. Həmin kurs geniş və əhatəli ideya strukturuna malikdir ki, biz onun dərindən öyrənilməsini məntiqə söykənən fundamental tədqiqatlar vasitəsi ilə həyata kecirməliyik.

SƏNAN HƏSƏNOV, AMEA, Fəlsəfə və Hüquq İnstitutunun "Heydər Əliyev məktəbi"nin məsul katibi, böyük elmi işçi, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Bütün xəbərlər Facebook səhifəmizdə