Fazil Mustafa: “Robert Koptaşın çağırışının arxasında başqa niyyətlər var”

Fazil Mustafa: “Robert Koptaşın çağırışının arxasında başqa niyyətlər var”

Türkiyədə erməni dilində nəşr edilən "Aqos" qəzetinin Baş redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Məsələ ilə bağlı SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bildirib ki, Robert Koptaşın bu çağırışının arxasında başqa niyyətlər var.

Robert Koptaş əslində bu sözləri ilə Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa səsləyib. Amma indiki halda bu açıqlama Azərbaycan dövlətinin siyasi maraqlarına uyğun olan bir açıqlamadır. Çünki bu açıqlama Ermənistan hakimiyyətinin törətdiyi Xocalı soyqırımını etiraf etməsi yolunda ciddi bir irəliləyiş ola bilər".

Qeyd edək ki, Robert Koptaş "Aqos"da dərc edilmiş "Xocalıya görə məsuliyyət" adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat verib və hadisəni insanlıq faciəsi adlandırıb. Onun sözlərinə görə bu faciəli hadisəni müharibənin "qaranlıq tərəfləri"nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə