Sabirabad rayonunun Qaralar kəndi ərazisində ABŞ İnkişaf agentliyinin (USAİD) və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi ilə inşa edilmiş tibb məntəqəsinin açılışı olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tibb məntəqəsi ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində inşa edilib.
Açılış mərasimində ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, səfirliyin diplomatik korpusunun nümayəndələri, Şərq-Qərb İdarəçilik institutunun ölkə üzrə direktoru T.Madiqan, yerli rəsmilər, Qaralar kənd icmasının nümayəndələri, Sənaye və İqtisadiyyat nazirliyinin nümayəndəsi iştirak ediblər.
ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, Sabirabad rayonu Qaralar kəndi rayon mərkəzindən 10 kilometrliyində yerləşir, yeni açılan tibb məntəqəsi 986 nəfər kənd əhalisinə tibbi xidmət göstərəcək. Bizim parlament sistemimizə əsasən yeni səfir cənab Robert Sekuta senat tərəfindən təsdiqlənmə prosesindən keçməlidir. Çox sevindirici haldır ki, keçən həftə senatın xarici əlaqələr komitəsi cənab Sekutanın namizədliyini təsdiqlədi. İndi isə Senat tam tərkibdə Sekutanın namizədliyinin təsdiqlənməsini gözləyir. Və bu baş verdikdən sonra biz artıq onun ölkəyə gəlmə vaxtı barəsində danışa bilərik. Minsk qrupunun həmsədrləri Bazel hadisəsi ilə bağlı bəyanat vermişlər. Yəni bildiyimiz kimi Birləşmiş ştatlar ATƏT-in Mİnsk qrupunun həmsədrlərindən biridir. Və verilmiş ümumi bəyanat həm Birrləşmiş Ştatların həmsədr kimi mövqeyini əks etdirir. Əlavə olaraq bildirmək istəyirəm ki, hər 2 ölkənin xarici işlər nazirləro Minsk qrupunun həmsədrləri ilə birlikdə sülh prosesini yenidən bərpa etmək doğru cığıra salmaq məqsədi üçün müvafiq danışıqlar və müzakirələr aparmışlar. Biz bir daha bəyan edirik ki, sülh danışıqlarında yaranan durğunluq bizi məyus və narahat edir, və biz hər 2 tərəfin Minsk qrupuna sülh danışıqları prosesinə dəstək verməsinə çağırırıq və bunu da dəstəkləyirik. Həmsədrlər bölgədə baş verən hadisələri yaxından izləyirlər və həmsədrlərin səfəri Azərbaycan və Ermənistan hökumətlərindən asılıdır. Yəni hökumətlər nə vaxt onlar üçün müəyyən bir tarix təyin etsələr o zaman da həmsədrlər bölgəyə səfər edəcəklər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB