Psixoloq: “Azərbaycan kişiləri qadınına lazımi dəyər vermir” AÇIQLAMA
"Azərbaycanda kifayət qədər xarici vətəndaş yaşayır. Ölkəmizə əsasən xaricilər işləri ilə bağlı olaraq gəlir". Bunu SİA-ya psixoloq Dəyanət Rzayev söyləyib. Bildirib ki, xaricilər mədəni olduqlarına görə, qızlarımız daha çox onlarla ailə həyatı qurmaq istəyirlər: "Daha çox boşanmış və ya ailədə təzyiq görən xanımlar rahat yaşamaq üçün əcnəbi vətəndaşlarla ailə qururlar. Bizim xanımlarımız ailəni hər şeydən yüksək tutduqlarına görə, xaricilər qızlarımızla ailə qurmağa meyil edirlər. Buna baxmayaraq, boşanmalar da kifayət qədərdir. Düşünürəm ki, boşanmanın əsas səbəbi kişilərdədir. Qadın alverini isə daha çox ərəb ölkələri, afrikalılar edirlər. Bu hərəkəti amerikalılara və ya Avropa vətəndaşlarına şamil etmək olmaz. Qızlarımız normal həyat yaşamaq üçün xariciləri seçirlər. Burda söhbət pul, var-dövlətdən getmir. Bəzi azərbaycanlı kişilər yaxşı qazanırlar. Lakin buna baxmayaraq, həyat yoldaşlarına xəyanət edir, şiddət göstərirlər. Deməli ailəni təkcə pul ilə idarə etmək, əldə saxlamaq olmaz. Hesab edirəm ki, qadın hüquqlarına Avropada daha çox riayət olunduğuna görə bizim xanımlar onları seçirlər. Bu gün Azərbaycan kişiləri qadınına lazımi dəyəri verə bilmirər. Həmçinin xanımlarımız ailədə zorakılığa məruz qalırlar. Buna görə də qızlarımız xarici vətəndaşlarla ailə qurmağa üstünlük verirlər. Doğrudur, psixi pozğunluq keçirən əcnəbilər də yetərincədir. Lakin ölkəmizə gələnlərin çoxu işləri ilə əlaqədar olaraq buradadır və onlar normal düşüncəyə malikdirlər. Xarici vətəndaşların çoxu boşanmış qadınlarla ailə qurmağa pis yanaşmır, hətta onun övladlarına da öz doğma uşağı kimi baxırlar. Bu da qadınları həmin kişiyə daha çox bağlayır. Bu gün qızlarımız arasında sorğu keçirilsə əminəm ki, böyük əksəriyyət xarici vətəndaşlarla ailə qurmağa üstünlük verəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB