"Həzi Aslanov stansiyası ilə İçərişəhəri birləşdirən qırmızı xətt Dərnəgül və Xətai stansiyaları arasındakı yaşıl xətt 28 may stansiyasında kəsişir. Əslində bu anormal haldır. Hər bir xətdə marşrut üzrə qatarlar müstəqil hərəkət etməlidirlər. Elə hal da olur ki, Həzi Aslanovdan gələn qatar 28 May stansiyasından Dərnəgül xəttinə keçə bilir. Yeni tikiləcək tunellər isə bu uyğunsuzluğu aradan qaldıracaq". Bu fikirləri SİA-ya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev 28 May stansiyasının təmirə bağlanma səbəbləri ilə bağlı məlumat verərkən deyib.
Xidmət rəhbəri bildirib ki, yeni tunellərin fəaliyyətə başlaması nəticəsində stansiyalar arsındakı intervalların azalmasına da nail olmaq mümkün olacaq: "Marşrutun hazırkı fəaliyyəti ilə istənilən intervalı ala bilmirik. Həzi Aslanovdan 28 May stansiyasına qədər stansiyalar arası interval 2 dəqiqə olsa da, 28 Maydan qatarlardan biri İçərişəhərə, digəri isə Dərnəgül xəttinə getdiyinə görə 28 May-Dərnəgül və 28 May-İçərişəhər xəttləri arasındakı interval 4 dəqiqəyə qədər uzanır. Hazırda Fransa şirkəti ilə imzaladığımız müqaviləyə əsasən hər birinin uzunluğu 100 metr olmaqla yeni iki tunel tikilir. Bu tunellər tikilib istifadəyə veriləndən sonra yaşıl xətlə qırmızı xətt bir-birindən ayrılacaq. Həzi Aslanovdan gedən qatar 28 Maydan birbaşa İçərişəhərə gedəcək. Artıq onun Dərnəgül xətti ilə əlaqəsi məhdudlaşdırılacaq. Dərnəgüldən gələn qatar isə birbaşa Xətai stansiyasına gedəcək. Beləliklə, 28 May-Dərnəgül və 28 May-İçərişəhər stansiyaları arasındakı interval 2 dəqiqəyə qədər ediriləcək".
Nəsimi Paşayev həmçinin, tikinti işlərinin yekunlaşmasına az müddət qalmış "28 may" stansiyasının istifadəsi müvəqqəti dayandırıldıqdan sonra sərnişnlərin mənzil başına çatması üçün alternativ nəqliyyat vasitələrindən istifadə etməli olacaqlarını da qeyd edib: "28 May stansiyasının 5 həftə bağlı olacağı təkcə stansiyanın giriş-çıxışlarına aid deyil. Ümumiyyətlə bu stansiyadan digərlərinə gedən xətt bağlı olacaq. Nəzərdə tutulan 5 həftəlik müddətdə isə sərnişinlər məcburən əziyyətə qatlaşaraq, digər nəqliyyat vasitələrindən istifadə etməli olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB