Sabah 13 dərəcə isti olacaq PROQNOZ

Sabah 13 dərəcə isti olacaq PROQNOZ

Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman, çiskin olacaq. Lakin havanın bəzi şimal və qərb bölgələrində yağıntılı olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Cənub-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə