Jurnalistlər mükafatlandırıldı VİDEO

Jurnalistlər mükafatlandırıldı VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Ulduz" şokolad fabriki və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, "Ulduz" şokolad fabriki kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir.

Müsabiqə ilə bağlı Mətbuat Şurasına 50-yə yaxın yazı təqdim olunduğunu deyən Ə. Amaşov bdeyib ki, 1-ci yer üçün 800 manat, 2-ci yer üçün 500 manat, 3-cü yer üçün isə 300 manat mükafat təqdim edilib.

Onun sözlərinə görə, bu cür müsabiqələrin keçirilməsində məqsəd qida sektorunda ixtisaslaşmış jurnalistlərin yetişdirilməsidir: "Qida sektorunda yazan jurnalistlərin yetişdirilməsi istiqamətində belə müsabiqələrin xüsusi yeri var. Sovet dövründə Azərbaycan Moskvadan şokolad idxal edirdi. Hazırda isə, Azərbaycan özü belə keyfiyyətli şokoladlar istehsal edir. Bundan sonra da ölkədə qida sektorunda belə müsabiqələrin keçirilməsinə üstünlük verəcəyik".

Daha sonra çıxış edən "Ulduz" şokolad fabrikinin direktoru Vüsal Şərifov söyləyib ki, bu cür müsabiqələrin keçirilməsi böyük əhəmiyyətə malikdir: "Belə bir layihə çərçivəsində ikinci dəfədir ki jurnalistllərlə görüşürük. Müsabiqəyə təqdim edilən yazıların keyfiyyətli olması bizi çox sevindirir. Mətbuat uzvləri ilə əməkdaşlığımız burada yekunlaşmır. Bu cür layihələr gələcəkdə də davam edəcək".

Tədbirin sonunda qaliblər mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə