İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılan www.icazeler.gov.az portalının xidmətlərindən noyabr ayında 8840-dan çox, indiyədək isə 316 mindən artıq internet istifadəçisi yararlanıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, noyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, 35 xarici ölkədən, o cümlədən Rusiya, Belçika, Almaniya, ABŞ və Türkiyədən olan istifadəçilər də yararlanıblar.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək portalda 20 dövlət qurumunun 145 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB