Qaradağ rayonu Korgöz qəsəbəsində bələdiyyə seçkilərinə namizədlərlə seçicilər arasında görüş keçirilib. Görüşdə YAP Qaradağ RT-nın Aparat rəhbəri Ruslan İsmayılov, YAP Qaradağ RT-nın Gənclər Birliyinin sədri Ramiz Yusubov, YAP Qaradağ RT-nın İdarə Heyətinin üzvü Zaməddin Həmşəyev, Korgöz Bələdiyyəsinə namizədlər Tural Heydərov, Rövşən Əbdülbağıyev, Sevda Şahbazova iştirak ediblər.
Tədbirdə çıxış edənlər son vaxtlarda Korgöz qəsəbəsində həyata keçirilən işlər haqqında məlumat veriblər. Bildirilib ki, bütün kənd və qəsəbələrimizdə olduğu kimi, Körgöz qəsəbəsində də böyük işlər görülüb. Həmçinin bələdiyyə seçkilərində iştirak etmək üçün namizədlərə yaradılan şərait haqqında danışılıb: "Artıq seçkiləri sayılı günlər qalıb və inanırıq ki, YAP namizədləri növbəti qələbənin sevincini yaşayacaqlar. Biz buna əminik. Çünki xalqın partiyamıza böyük məhəbbəti var. Minlərlə seçicilərimiz bizə etimad göstərməklə YAP-XALQ birliyini bir daha nümayiş etdirmiş olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB