Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır. Ölkə daxilində və xaricində bununla bağlı açıqlamaların, siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil. Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, bu, cəmiyyət üçün də o qədər maraqlı deyil.
Bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə müsahibəsində deyib.
Bahar Muradova bildirib ki, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil. Çünki bu, tərəflər arasında olan fərdi problemdir. Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti də bu məsələlərdən narahat deyil. Ona görə də bu cür ifrat yanaşma təəccüb doğurur. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB