Tərcümə Mərkəzi 7 dildə fəaliyyət göstərəcək

Tərcümə Mərkəzi 7 dildə fəaliyyət göstərəcək

Nazirlər Kabineti yanında yanında Tərcümə Mərkəzinin saytı (aztc.gov.az) dekabrın 9-dan 7 dildə fəaliyyət göstərəcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, Azərbaycan, ingilis və rus dillərində yayımlanan sayt bundan sonra ispan, ərəb, fars və türk dillərində də yayımlanacaq.

Qeyd edək ki, Mərkəzin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının (xezerjurnali.az) və "Aydın yol" qəzetinin (aydinyol.az) saytları da internet istifadəçilərinin ixtiyarına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə