“Azərbaycan qadınları XXI əsrdə”

“Azərbaycan qadınları XXI əsrdə”

Bu gün "Azərbaycan qadınları XXI əsrdə" qadınların ictimai-siyasi fəaliyyətinin artırılması və bu sahədə hüquqlarının gücləndirilməsi mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Azərbaycan qadın liderliyi: problemlər və çıxış yolları", Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva, millət vəkilləri, Ukrayna, Belarus, Moldova, Səudiyyə Ərəbistan, Türkiyə səfirliklərinin nümayəndələri, media mənsubları və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edənlər qadınlara qarşı zorakılıq göstərənlərlə mübarizə aparmağa çağırıblar. Bildirilib ki, müasir qadın ilk növbədə anadır. Qadına güc yerinə güvən vermək lazım olduğu, onların da cəmiyyətdə artıq özünəməxsus yerləri olduğunu diqqətə çatdırıblar. Natiqlər onu da söyləyiblər ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayır.

Qeyd edək ki, tədbir müzakirələrlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə