Norveçin ölkəmizdəki səfiri Gəncədə səfərdədir FOTO

Norveçin ölkəmizdəki səfiri Gəncədə səfərdədir FOTO

Norveçin ölkəmizdəki səfiri Bord İvar Svendsen tanışlıq məqsədi ilə Gəncədə səfərdədir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən qonağa şəhər əhalisinin sayı və əhalinin məşğulluğu, tikinti və infrastruktur layihələri, Gəncədə sənayenin inkişafı və mədəni həyat barədə məlumat verilib. Sentyabrdan Azərbaycanda vəzifəsinin icrasına başlayan Bord İvar Svendsen bu müddət ərzində sürətlə inkişaf edən bir ölkə gördüyünü söyləyib. Belə görüşlərin Azərbaycan və Norveçin regionları arasında əməkdaşlıq baxımından mühüm rol oynayacağını diqqətə çatdırıb.

"Mən bir neçə saat olar ki gəlmişəm. Ancaq gördüyüm odur ki, şəhər çox gözəldir. Güman edirəm ki, bu gün axşam və sabah şəhəri daha yaxşı gəzməyə və insanlarla yaxından ünsiyyət qurmağa vaxtım olacaq"- deyə, səfir bildirib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə