YAP Masallı rayon təşkilatı aparatında Cüdo və Sambo idman növü üzrə fərqlənmiş idmançılarla görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qeyd etdi ki, gəncləri layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün həmin yol ulu öndərin böyük ideyalarının layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada həm də bir idman ölkəsi kimi tanınır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Elə bizim 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyimiz də deyilənlərin sübutudur.
Tədbirdə iştirak edən fəal YAP üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Xanağa Quliyev çıxış edərək bildirmişdir: "Cüdo idmanı respublikamızda çox sevilən idman növlərindəndir və cüdo üzrə əldə olunan naliyyətlər hər zaman xalqımızı sevindirmişdir. Bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi idmanda da böyük irəliləyişlər baş verir ki, bu da ölkə rəhbərliyinin fəaliyyəti, idmançılara, bütövlükdə ölkə idmana göstərilən dövlət qayğısından irəli gəlir".
Tədbirdə iştirak edən bir qrup idmançılar YAP sıralarına daxil olmaq üçün ərizə ilə müraciət ediblər.
Sonda idmançılara YAP Masallı rayon təşkilatının qiymətli hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB