Ali təhsil müəssisələrinin natiqləri üçün növbəti təlimlər keçirilib FOTOLAR

Ali təhsil müəssisələrinin natiqləri üçün növbəti təlimlər keçirilib FOTOLAR

Bakı şəhərində 5 ali təhsil müəssisəsinin natiqləri üçün "Sığortanın Əasları" mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, təlim DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə "Sığortalı Gənclik" layihəsi çərçivəsində təşkil olunan "Bakı Gənclər Debat Forumu - Payız 2014"ün 100 - ə yaxın iştirakçısını əhatə edib. Təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universiteti təmsil olunub.

Təlimin məqsədi "Bakı Gənclər Debat Forumu – Payız 2014" – də iştirak edəcək natiqlərin sığorta sahəsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır.

Təlim zamanı təcrübəli ekspertlər tərəfindən təlim iştirakçısı olan gənc natiqlərə sığortanın əsasları haqqında ümumi biliklər verilib, mövzu ilə əlaqədar video çarx nümayiş olunub, gənclərin sığorta ilə bağlı sualları cavablandırılıb və sığorta sahəsi üzrə nəzəri biliklərini artırılmasını təmin edən Sığorta Bələdçisi adlı jurnal gənclərə təqdim olunub.

"Bakı Gənclər Debat Forumu – Payız 2014" çərçivəsində həyata keçirilən "Sığortanın Əsasları" mövzusunda təlimin növbəti günü 13 dekabr 2014 cü il tarixi saat 10:00 - dır. Təlimdə iştirak etmək üçün natiqlərin aşağıdakı ünvanda qeydiyyatdan keçmələri kifayətdir.

https://docs.google.com/forms/d/1aoCQVxtb0f3JQHcEl1AKLHd9RrdY5uvSm9GytrcMRUw/closedform

Xatırladaq ki, "Sığortalı Gənclik" layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, DVC ("Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi"), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən təlimlər ümumilikdə Bakı şəhərinin 15 ali təhsil müəssisəsindən 1000 nəfər gənci əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə