Çayların mövcüd vəziyyəti açıqlandı

Çayların mövcüd vəziyyəti açıqlandı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 60-165, Lənkəran-Astara bölgəsi çaylarında isə 135-175 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, dekabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edir. 2013-cü ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 76 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2013-cü ildə isə bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Dekabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda 5, Şirvanda isə 4 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 405 sm (2013-cü il dekabrın 08-də 344 sm), Şirvanda 291 sm (2013-cü il dekabrın 08-də 194 sm), Salyanda 265 sm (2013-cü il dekabrın 08-də 150 sm), Bankədə 207 sm (2013-cü il dekabrın 08-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 168 sm (2013-cü il dekabrın 08-də 110 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə