Səyyad Salahlı İrana gedir

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı İrana gedir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, S. Salahlı dekabrın 9-10-da Tehranda "Ekstremizmə və ifratçılığa qarşı bir dünya" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Onun məruzə ilə çıxış etməsi nəzərdə tutulub.

Konfransda 50-dən çox ölkədən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə