Azərbaycandan şimal istiqamətdə hərəkət edən, "Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qataprlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq. SİA-nın xəbərinə görə, bu haqda "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən məlumat yayılıb. Dekabrın 16-dan Rostov-Bakı, dekabrın 18-dən Tümen-Bakı, dekabrın 20-dən isə Moskva-Bakı sərnişin qatarları iqtisadi cəhətdən özünü doğrultmadığına görə işləməyəcək. Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet Bakı-sərnişin stansiyasının 2 №-li kassasında satılacaq.
"Azərbaycan Dəmr Yolları"na məxsus Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə- hərəkətdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB