196 çoxmərtəbəli binaya qaz verilib

196 çoxmərtəbəli binaya qaz verilib

2014-cü ilin yanvar-noyabr ayları ərzində 196 çoxmərtəbəli binaya təbii qaz verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Görülmüş işlərin nəticəsidir ki, Birlik 2014-cü ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 196 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 13863 ailə yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə