Sabah hava küləkli olacaq PROQNOZ

Sabah hava küləkli olacaq PROQNOZ

Dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 9-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub bölgəsində az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə, dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə