Hicran Hüseynova: “Gənclər, o cümlədən qadınlar zərərli vərdişlərin qurbanıdır”

Hicran Hüseynova: “Gənclər, o cümlədən qadınlar zərərli vərdişlərin qurbanıdır”

Bu gün insanlar narkomaniyanın törətdiyi ağır fəsadlar qarşısında qalıb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 250 milyonu bu dəhşətli xəstəlikdən əziyyət çəkir. Narkomoniya insanları ölümə məhkum edən və genofonda sarsıdıcı təsir göstərən bəladır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Bakıda keçirilən "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" adlı Beynəlxalq konfransda çıxışı zamnanı deyib.

O vurğulayıb ki, respublikada narkomanların sayı digər ölkələrlə müqayisədə daha azdır: "Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyəti bunu bir daha sübut edir. Ölkəmizin bu problemlə mübarizə aparmaq üçün, güclü qanunvericilik bazası mövcuddur. "Prezident İlham Əliyevin başçılığı ilə digər sahələrdə olduğu kimi, narkomaniyanın qarşısını alınmasında mühüm addımlar atılır. Xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2007-2012-ci illər üçün Dövlət Proqramları"nı qeyd etmək lazımdır". 2013-2018 – ci illər üçün yeni Dövlət Proqramının təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizəni daha da təkmilləşdirir".

Komitə sədri qeyd edib ki, narkomaniya ilə mübarizədə Kütləvi İnformasiya Vasitələrinin rolu böyükdür: "Hər il keçirilən "Azərbaycan ailəsi" film festivallarına digər mövzularla yanaşı, zərərli vərdişlər və onların törətdiyi fəsadlardan bəhs edən filmlər də təqdim edilir. Bu filmlər televiziya kanallarında, eyni zamanda, şəhər və rayonlarda müxtəlif sosial təbəqələrə nümayiş olunur, onların ciddi və ictimai maraq yaradan müzakirələri keçirilir. Əfsuslar olsun ki, bu gün insanlar, xüsusilə, gənclər, o cümlədən də qadınlar zərərli vərdişlərin qurbanıdır. Bu isə ya ailənin dağılması, ya ailə üzvünün sağalmaz xəstəliyə tutulması, ya da xəstə, fiziki qüsurlu uşaqların doğulması ilə nəticələnir. Buna görə də narkomaniya çox aktual olan sosial problemdir. Biz ona qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə