İDEA seminar keçirib FOTOLAR

2014-cü ilin 4-5 dekabr tarixlərində IDEA İctimai Birliyinin təşkilatçılığı ilə IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər" mövzusunda seminar keçirilib. SİA-nın xəbərinə görə, ekologiya sahəsində təhsil alan və bu sahədə çalışan 30-a yaxın gəncin iştirak etdiyi seminarda mühazirəçi qismində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mütəxəssisi çıxış edib.

Seminar zamanı iştirakçılara bərpa olunan enerji mənbələrindən alınan enerjinin iqtisadi və ekoloji cəhətlərdən əlverişliyi barədə peşəkar yanaşması təqdim edilib. Bununla yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qabaqcıl ölkələrin təcrübəsi və ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Təşkil olunan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

IDEA İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində tərtib olunan illik proqrama uyğun olaraq, seminar və danışıq klubları təşkil edir və bu barədə İctimai Birliyin feysbuk səhifəsində (https://www.facebook.com/ideacampaign.org) əvvəlcədən elanlar yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə