Bu yerlərdə içməli su kəsiləcək "Azərsu" xəbərdarlıq edir

Bu yerlərdə içməli su kəsiləcək "Azərsu" xəbərdarlıq edir

Bu gün və sabah bəzi yerlərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, II Bakı su kəmərinin Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakı şəhəri Heydər Əliyev, Azadlıq, Bülbül, Ziya Bünyadov, Nobel, Babək prospektlərinin, S.Vurğun, S.Rüstəm, İ.Nəbiyev, R.Behbudov, Füzuli, Əliyar Əliyev, Kazımağa Kərimov, Aşıq Qurban küçələrinin, Yeni Günəşli, Keşlə və NZS qəsəbələrinin bəzi hissələrinə, "Azəerneftyağ" neft emalı zavoduna, Ə.Bayramzadə adına 1 saylı İstilik Elektrik Mərkəzinə içməli su 08-09 dekabr 2014-cü il tarixlərində məhdudiyyətlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə