ƏƏSMN üçün müəyyənləşdirilən avtomobil limiti artırılıb

ƏƏSMN üçün müəyyənləşdirilən avtomobil limiti artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomobillərinin say həddi (lmiti) iki dəfə artırılıb. SİA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyənləşdirilən avtomobil limiti 4 ədəddən 8 ədədə qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə