Dövlət orqanlarının ictimai müzakirə və dinləmə təşkil etməsi forması dəyişdi
Nazirlər Kabineti "Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası"nda dəyişikliklər edib. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən aidiyyəti orqanların, vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların təklifi və ya öz təşəbbüsü əsasında ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanının qərarı ilə hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirələr yığıncaq formasında keçirilə bilər.
Bu halda ictimai dinləməni və ictimai müzakirəni təşkil edən dövlət orqanı belə yığıncağın vaxtı, müddəti, keçiriləcəyi yer, keçirilməsi qaydası və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı öz internet saytında yerləşdirir. Belə yığıncaqda aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, mütəxəssis və ekspertlərin iştirakının təmini məqsədilə onlara ictimai dinləmə və müzakirəni təşkil edən dövlət orqanı tərəfindən yığıncağın keçirilməsi vaxtı və yeri göstərilməklə rəsmi dəvət göndərilir.
Qəsəbə və kənd bələdiyyələrində isə bələdiyyə sədri hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili məqsədi ilə kənd ərazisində hamının görə biləcəyi yerdə yerləşdirilən məlumat lövhəsində normativ xarakterli aktın layihəsi ilə birlikdə layihənin hansı normativ-hüquqi akt əsasında qəbul olunması və həmin normativ-hüquqi aktın müvafiq norması, ictimai dinləmənin və müzakirənin vaxtı, müddəti, keçiriləcəyi yer, rəy, irad və təkliflərin təqdim edilməsi qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatların göstərilməsini təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB