Bakı-Sumqayıt şosesi istiqamətində aparılan təmir işləri yekunlaşıb. Sİa-nın xəbərinə görə, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir ki, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən, yəni "Şamaxinka" adlanan ərazidən Bakı-Sumqayıt şosesi istiqamətində aparılan təmir işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB