Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu tərəfindən anım mərasimi təşkil ediləcək. Mərasimdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat veriləcək, onun xilaskarlıq missiyasını, dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini əks etdirən film göstəriləcək.
Anım mərasimində İranın dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Rabil Kətanov, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB