Sulu qar və qar yağacaq XƏBƏRDARLIQ

Sulu qar və qar yağacaq XƏBƏRDARLIQ

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcəyə, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, ötən gün gözlənilən ava ilə bağlı xəbərdarlıq yayılıb. Xəbərdarlıqda deyilir ki, dekabrın 6-7-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə