Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüş keçirilib
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Şəmkir rayon təşkilatının eyni zamandada Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Respublikası Milli Məslisinin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri xanım Məlahət İbrahimqızı ,"SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Məsul işçisi cənab Rəfayıl Gülməmmədov, YAP Seçki Qərargahı Şəmkir rayon Şöbəsinin üzvləri və müxtəlif ərazi ilk partiya təşkilatlarından olan partiya fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri cənab Fəxrəddin Vəliyev qarşıdan gələn və sayca yerli özünüidarəetmə orqanlarına keçiriləcək dördüncü seçkidən danışdı və bələdiyyə seçkilərinin idarəetmə mexanizmində mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd etdi.
F.Vəliyev Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr haqqında geniş məlumat verdi, sonra Rayon Partiya təşkilatının sədri 2009-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilmiş sayca üçüncü seçkidən sonra ötən beş ildə rayon fəaliyyət göstərən Bələdiyyələrin gördüyü işlər baraədə ətraflı danışdı. Çıxışında bələdiyyələrin ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərində yaxından iştirakına toxunan Fəxrəddin Vəliyev yerli özünüidarəetmə orqanlarının bu işlərdə təşəbbüskar olmasının vacibliyindən danışdı. Şəmkir rayonunun sürətli inkişafı haqqında məlumat verən YAP Şəmkir rayon təşkilatının sədri ötən illər ərzində rayonun tamamilə dəyişdiyini, inkişaf etdiyini, yeni yolların salındığını, təhsil və səhiyyə müəssisələrinin əsaslı şəkildə təmir olunduğunu qeyd etdi. O, cari bələdiyyə seçkilərinə "Rifah və Quruculuq Naminə" şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına və Şəmkir rayonunun bu seçkilərdə öncül yerlərdən birini tutacağına inamını ifadə etdi.
Çıxış edən Milli Məclisin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri xanım Məlahət İbrahimqızı bildirdi ki, bu günlərdə yaradılmasının 22-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 600 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir. Yeni Azərbaycan Partiyası bu seçkilərdə yüksək faizlə qalib gəlmək əzmindədir və iqtidar partiyası həm də , bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Çıxış edən "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir: Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Rifah və quruculuq naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir.
B.Quliyev qeyd etdi ki, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır: Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi bu dəfə də real işə qiymət verəcəklər.
Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Məsul işçisi Rəfayıl Gülməmmədova qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən bütün namizədləri təbrik etdi, partiyanın bu seçkilərdə zəfər çalacağına inandığını qeyd etdi və bələdiyyə seçkilərinin dünya miqyasında önəmindən, bir çox ölkələrdə bələdiyyə seçkilərində qələbəsinin növbəti seçkinin taleyini həll etməsindən danışdı. Rəfayıl Gülməmmədov bələdiyyə seçkilərində YAP-ın qələbəsinin bundan sonra parlament seçkilərində partiyanın qələbə qazanmasına təsir göstərəcəyini, YAP-ın qələbəsi üçün bir zəmin yaradacağını qeyd edib. Respublikada cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq-quruculuq proseslərindən danışdı, bu məqsədlə müxtəlif Dövlət Proqramlarının qəbul edildiyini, dövlət büdcəsinin ilbəil artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini vurğuladı. 2015-ci ilin dövlət büdcəsinin 2014-cü ilin büdcəsindən 5.7 faiz çox olmasının aparılan uğurlu siyasətin nəticəsi olduğunu bildirib. Rəfayıl Gülməmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ardıcıl, praqmatik siyasətin bu gün davam etdiyini, bunun nəticəsində də Avropanın yüz ilə keçdiyi inkişaf yolunun ölkəmiz tərəfindən on ilə keçdiyiniqeyd edti. Ulu öndər Heydər Əliyevin siyasi varisi, YAP sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsi olduğunu qeyd etdi və seçkidə fəal olmağın vacibliyindən danışdı. Şəmkir rayonunun 2013-cü il prezident seçkilərində olduğu kimi 23 dekabr bələdiyyə seçkilərində də respublika miqyasında öncül yerdə olacağına inandığını bildirdi.
Təbliğat qrupunun üzvləri öz çıxışlarında bildirdilər ki, bələdiyyələrin beşillik fəaliyyəti əhalinin etimadını qazanıb, bu da növbəti seçkilərdə bələdiyyə üzvlərinin seçilməsində ən vacib amildir. Yeni Azərbaycan Partiyasından Şəmkir rayonu üzrə fəaliyyət göstərən bələdiyyə üzvlüyünə namizədlərin əsas məqsədi ötən bələdiyyə seçkilərində olduğu kimi, bu dəfə də seçkilərdə qalib gəlmək, rayonumuzun tərəqqisi, onun sosial-iqtisadi yüksəlişi, əhalinin rifahı naminə əzmkarlıqla çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri yekunlaşdıraraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən Şəmkirlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB