Şahin Seyidzadə: “Gəncləri xaricə təcrübə qazanmaq üçün göndəririk" AÇIQLAMA

Şahin Seyidzadə: “Gəncləri xaricə təcrübə qazanmaq üçün göndəririk" AÇIQLAMA

"Ümumiyyətlə, Azərbaycan Könüllülük Xidməti Proqramı bizim fəaliyyətimizin ayrılmaz bir hissəsidir". Bunu SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə şuranın qarşıda duran planları haqqında danışarkən deyib.

"Biz bu proqramı davam etdirməkdəyik. Gələn il 2 ay müddətinə gəncləri Könüllülük fəaliyyəti ilə bağlı Bolqarıstana göndərməyə hazırlaşırıq. Bununla bağlı hal-hazırda gənclərin toplanması prosesi gedir. Bundan başqa biz yeni bir proqrama başlayırıq ki, bu da birbaşa olaraq könüllülərə aiddir. Yerli Gənc adlanan bu proqram kənddə yaşayan gənclərə dəstək olmağa yönəlib. Hətta ARGTMŞ-nın ofisinin nəzdində Könüllülük özfəaliyyəti mövcuddur. Hər hansı bir gəncin orada olmaq arzusu varsa, təbii ki, bizə müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə