“İnsan resursları” haqqında təlim keçirilir VİDEO

“İnsan resursları” haqqında təlim keçirilir VİDEO

ADA Universiteti və AIESEC Azərbaycan gənclər təşkilatının təşəbbüsü ilə gənclər üçün "İnsan resursları" (HR) haqqında təlim keçirilir. SİA-nın verdiyi xəbərə görə, ADA Universitetində keçirilən təlimdə tələbələrlə yanaşı 30 yaşına qədər olan HR sahəsi ilə maraqlanan gənclər də iştirak edirlər. Onlara Coca-Cola, AG Bank, KPMG Azərbaycan, Fire Works, Nar Mobile və digər şirkətlərin HR direktorları və marketinq menecerləri iki gün təlim keçəcəklər.

AIESEC Azərbaycan gənclər təşkilatının rəhbəri Məryam Məcidova bildirib ki, təlimin keçirilməsində əsas məqsəd insan resursları və onların Azərbaycan və qlobal trendləri haqqında gənclərə geniş məlumat çatdırmaqdır.

Onun sözlərinə görə, HR Academy forum çərçivəsində keçirilən qlobal bir layihədir və AIESEC Azərbaycan gənclər təşkilatının bu il üçün nəzərdə tutulmuş sonuncu layihəsidir.

Qeyd edək ki, AIESEC gənclər təşkilatı dünyanın 124 ölkəsində mövcuddur və Azərbaycanda son 7 ildir ki, fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi mübadilə proqramları, müxtəlif təlimlər vasitəsilə gənclər arasında liderlik proqramı yaratmaqdır.

Təlim baş sponsoru Azərbaycanda ilk onlayn ödəmə xidməti GoldenPay şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə