Gömrük sərhədindən keçirilən mallarla bağlı qaydalar dəyişdi

Gömrük sərhədindən keçirilən mallarla bağlı qaydalar dəyişdi

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda müvafiq dəyişiklik edilib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən bundan sonra Azərbaycanda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı gömrük sərhədlərində xüsusi razılıq sənədinin (lisenziya) təqdim edilməsi tələb olunacaq.

Bu il noyabrın 1-dən qüvvəyə minən mövcud qaydalara əsasən, indiyə kimi etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədinin (lisenziya) təqdim edilməsi tələb olunurdu.

NK-nın yeni qərarı ilə isə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələr də lisenziya verilməsi tələb olunan malların sıyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə