Kənd təsərrüfatına yararlı torpaqların qanunsuz tutulmasına görə cərimələrin artırılması üçün Nazirlər Kabinetinə müraciət olunub. SİA-nın xəbərinə görə, bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatına yararlı torpaqlarda xeyli sayda obyektlər tikilir ki onların da bir qismi qanunsuz, bir qismi isə təyinata uyğun istifadə edilmir: "Bu halların qarşısını almaq üçün cərimələrin artırılması təklif olunur. Məsələ ilə bağlı qanun layihələri hazırlanıb, aidiyyəti orqanlar ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub".
Q. Məmmədov həmçinin bildirib ki, ötən il komitə respublika ərazisində 422 qanunvericiliyin pozulması halı aşkar edib: "150 hal üzrə 15372 manat məbləğində inzibati cərimə tətbiq edilib. Hesab edirik ki, bu hərəkətlərin qarşısının alınmasında sərtləşdirilmiş sanksiyalar xüsusi əhəmiyyət kəsb edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB