Prezident Obama ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürüb

Prezident Obama ABŞ-ın müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürüb

Bu gün Prezident Obama ABŞ-ın müdafiə naziri vəzifəsinə Aşton Karterin namizədliyini irəli sürüb. A.Karterin namizədliyi ABŞ Senatı tərəfindən formal təsdiq olunduqdan sonra o, noyabrın 25-də istefa vermiş indiki nazir Çak Heyqli əvəz edəcəkdir.

Çak Heyql Prezident Obamanın namizədini dəstəkləyərək bildirib ki, A.Karter vətənpərvər və iş qabiliyyəti olan rəhbərdir. Ç.Heyql deyib: "O tanınmış strateq, alim, beynəlxalq təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələləri üzrə, elm, texnologiyalar və innovasiyalar sahəsində iş təcrübəsi olan mütəxəssisdir".

Aşton Karter 11 müdafiə nazirinin rəhbərliyi altında işləyib. Onun axırıncı yüksək vəzifəsi 2011-ci ilin oktyabrından 2013-cü ilin dekabrınadək müdafiə nazirinin müavini vəzifəsi olub. Bu vəzifədə o, istehsal məsələlərinə rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə