Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə "Narkomaniyadan özümüzü qoruyaq" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə tibb mütəxəssisləri, ictimaiyyət nümayəndələri, orta məktəblərin müəllim və şagirdləri, eləcə də paytaxtda fəaliyyət göstərən ali məktəblərin tələbələri iştirak ediblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbir iştirakçılarına narkotiklərin insan orqanizminə vurduğu zərərlər, statistik göstəricilər, ölkəmizdə narkomaniya ilə mübarizədə görülən işlər barədə məlumat verib. Bildirib ki, bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri olan narkomaniya cəmiyyətin ciddi bəlasına, insanların təhlükə mənbəyinə çevrilib. Diqqətə çatdırıb ki, narkomaniya ilə mübarizə uzunmüddətli, böyük maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir: "Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Düşünürəm ki, gənclərimiz bu cür pis vərdişlərdən uzaq olacaqlar".
Qeyd edək ki, tədbirin davamında narkomaniyanın fəsadlarından bəhs edən "Bəla" adlı tamaşa nümayiş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB