Litva Prezidenti Dalya Qribauskayte dekabrın 8-9-da Türkiyəyə rəsmi səfərə gedəcək, orada bu ölkənin Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşəcək və Litva-Türkiyə biznes-forumunu açacaqdır. Səfərin əsas məqsədi iki ölkə arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığı möhkəmləndirmək, ikitərəfli ticarətin genişlənməsi üçün yeni imkanlar axtarıb tapmaqdır. Prezidenti ərzaq sahəsi, xidmətlər, biznes, nəqliyyat sektoru, biotexnologiyalar, lazer istehsalı üzrə sənayeçilərdən ibarət nümayəndə heyəti müşayiət edəcəkdir.
Türkiyə Litvanın mühüm iqtisadi tərəfdaşıdır.
Prezident Türkiyə rəhbəri ilə qlobal təhlükəsizliyə, beynəlxalq təşkilatlarda hər iki ölkənin əməkdaşlığına və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB