Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib

Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olan material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı "Avtotransyol" MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov ilə əlbir olub həmin yolun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə