Şəhid Ailələrinə Yardım və Hüquqlarını Müdafiəsi İctimai Birliyi Martin Şultsa etiraz edib
Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarını Müdafiəsi İctimai Birliyi etiraz bəyanatı verib.
İctimai Birliyin sədri Rövşən Ağamalıyevin imzası ilə redaksiyamızın elektron poçtuna daxil olan bəyanatın mətnində deyilir: "Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə, Leyla Yunusun hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
Biz bilmək istərdik ki, M.Şults Leyla Yunusova onun öz ölkəsinin vətəndaşı olsaydı və belə çirkin əməlləri ilə vətəninə xəyanətdə itdiham olunsaydı bucür çıxışlar edəcəkdimi?
Ən yaxşısı olardı ki, M.Şults Qondarma Qarabağ məhkəmə şosuna baxaraq öz münasibətini bildirsəydi o zam leyla yunusova haqqında çıxışında dəyişiklik edərdi.
İndiyə qədər cənab M.Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.
Bütün bunlar onu düşünməyə əsas verir ki, cənab Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox ilgiləndirir. Fikrimizcə, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir.
M.Şults əgər həqiqətləri müdafiə etmək istəyən bir şəxs olsaydı o zaman 20 ildən artıq Ermənistan tərəfindən 20 % dən atrıq Azərbaycan torpaqlarının zəbt edilməsini, bir miliyona yaxın qaçqınların naləsini, 1990 cı ildə Erməni daşnaqları tərəfindən XIX əsrdə dünya dövlətlərinin gözü önündə azərbaycanlılara qarşı soyqırım hadisələrini görməməzlikdən gəlməsi bir daha onu sübut edir ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun öz vəzifəsindən istifadə edərək həqiqətləri inkar etməklə yanaşı Avropa Parlamentinin adına ləkə gətirmişdir.
Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarını Müdafiəsi İctimai Birliyin üzvləri, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB